Ermənistanda güclü partlayış / Yaralılar var – VİDEO / YENİLƏNİBbackend

Ermənistanda güclü partlayış / Yaralılar var - VİDEO / YENİLƏNİB

Abovyan yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş güclü partlayış və yanğın nəticəsində xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan deyib.

Hazırda hadisə yerində 12 yanğınsöndürmə briqadası çalışır.

23:45

İrəvan yaxınlığındakı Abovyan şəhərində güclü partlayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, hadisənin baş vermə səbəbi hələlik bəlli deyil.

“911 xidmətinə İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqələrindən birində partlayış baş verməsi barədə məlumat daxil. Nəticədə Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin briqadaları ora göndərilib. Əlavə məlumat veriləcək”, – Ermənistan Daxili İşlər Nazirliyi bildirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*