Ermənistanın şimalında baş verən zəlzələdən sonra afterşoklar qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Seysmik Mühafizə Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Spitak şəhərindən 9 km şimalda yerləşib, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşirib.
Güc 3,2 bal olub. Episentrdə yeraltı təkanlar 4 bal təşkil edib.
Yeraltı təkanlar Lori, Tavuş və Şirak rayonlarında 4-6 bal, Kotayk, Geqarkunik və Araqatsotn rayonlarında isə 2-4 bal gücündə hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
***
Ermənistanın Lori bölgəsində 4,6 bal gücündə zəlzələ olub.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:27-də Vanadzor şəhərindən 17 km şimal-qərbdə qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib ki, Ermənistanda baş verən zəlzələ Qars vilayətində də hiss olunub.
Məlumata görə, zəlzələ həmçinin Gürcüstanda və Azərbaycanın qərb rayonlarında da hiss edilib.