Bu gün Ermənistanda hakim Boris Baxşiyan həbs edilib.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə hakim David Arqamanyan bu gün qərarı verib. Hakimin tanışları və hakimiyyətdəki əlaqələri səbəbindən onun obyektivliyinə şübhə ilə yanaşılırdı və həbsinə inanmırdılar.
Arqamanyan 2018-ci ilin “Məxməri İnqilabı” dəstəkləməsi ilə tanınır, sonra mitinqlərdə iştirak edib (hətta şəbəkədə təsdiqləyici video da var), daha sonra yüksək vəzifəyə təyin olunub.
Baxşiyanın vəkili Yerem Sarkisyan bu qərarı ədalətə istehza kimi qiymətləndirib.
Baxşiyan bir neçə səs-küylü işə, xüsusən də “Sisakan” dəstəsinin komandiri Aşot Minasyanın işinə baxırdı. Ali Məhkəmə Şurası istintaq zamanı onun səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul edib.
Xuraman Etibarlı,
KONKRET.az
