Ermənistanda hərbi polisin vəzifəli şəxsləri işdən qovuldu – Əsgər ölümlərinə görəbackend

Ermənistanda hərbi polisin vəzifəli şəxsləri işdən qovuldu - Əsgər ölümlərinə görə

Ermənistanın müdafiə naziri David Tonoyan bu gün Hərbi Polisdə müşavirə keçirib, bir sıra məmuru vəzifəsindən qovub.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, səbəb son günlər baş verən erməni əsgərlərinin öülümü ilə bağlıdır.

Tonoyan Hərbi Polis İdarəsinin keçmiş rəisi, general-mayor Artur Bağdasaryanla vidalaşıb və bundan sonra bir neçə şəxs haqqında qərar qəbul edib. Həmin qərara əsasən bir neçə şöbə müdirləri vəzifələrindən azad edilib.

Müdafiə naziri Davit Tonoyan hərbi polis işçilərini, eləcə də polkovnik Aleksandr Agacanyana sərt iradlarını bildirib.

Nazir nizam-intizamın gücləndirilməsinin vacibliyini vurğulayıb və operativ araşdırmaların keyfiyyətinin kəskin artırılmasını tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*