Dünən Ermənistan mətbuatında İrəvanın mərkəzinə iki türkün saxlanılması barədə məlumat yayılmışdı.
KONKRET.az teleqraf.com-a istinadən xəbər verir ki, Ermənistan Polis İdarəsi açıqlama verərək durumu aydınlaşdırıb.
“Dünən bir vətəndaşdan polisə zəng gəldi ki, İrəvandakı bazarlardan birində üç şübhəli şəxs – “Azərbaycanın casusları” var. Bir neçə dəqiqədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları göstərilən yerə gəliblər. Şəxslər polis idarəsinə aparılıb və İrandan gələn turist olduqları məlum olub. İzahat alındıqdan sonra saxlanılanlar sərbəst buraxılıb”, – açıqlamada qeyd olunub.
Polis vətəndaşları təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.
