“Ermənistanda “kapitulyasiya” ifadəsi qadağan edilir”backend

“Ermənistanda “kapitulyasiya” ifadəsi qadağan edilir”

Ermənistanda Paşinyan hakimiyyəti Qarabağ barədə danışarkən “kapitulyasiya” ifadəsinin işlədilməsini qadağan etmək istəyir.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, parlamentin bu gün keçirilən fövqəladə iclasında hakim “Mənim Addımım” fraksiyasının deputatı Ovannes İgityan deyib ki, çıxışlar zamanı “kapitulyasiya” ifadəsi işlədilməməlidir. “Çünki düşmən bunu eşidə bilər. Bu, təslim olmaq deyil, razılaşmaqdır”, – deyə o bildirib.

Ermənistan mediası yazır ki, bu ifadə əslində Baş nazir Nikol Paşinyana məxsusdur.  O canlı yayımların birində bu ifadəni 10 dəfədən çox işlədib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*