Ermənistanda koronavirusa yoluxanların sayı artdıbackend

Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda daha 356 nəfərdə koronavirus aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 135 124 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 22 nəfər artaraq 2 164-ə çatıb.

COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 538-ə yüksəlib.

İndiyədək 108 442 nəfər infeksiyadan sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*