Ermənistanda müharibə veteranı qumbara ilə inzibati binaya DAXİL OLDUbackend

Ermənistanda müharibə veteranı qumbara ilə inzibati binaya DAXİL OLDU

Ermənistanın paytaxtı İrəvan şəhərində müharibə veteranı qumbara ilə inzibati binaya girib.

KONKRET.az “Shamshyan.com”a istinadən xəbər verir ki, 34 yaşlı müharibə veteranı Samvel X. əlində qumbara ilə İrəvanın Malatiya-Sebastiya rayonu administrasiyasının binasına soxulub.

O, rəhbərliklə görüş tələb edib və tələbininin yerinə yetirilməyəcəyi təqdirdə qumbaranı partladacağını deyib.

Bildirilib ki, təhlükəsizlik qüvvələri söhbət zamanı onu könüllü şəkildə binanı tərk etməyə razı salıb. Polis bölməsinə aparılan şəxs barədə araşdırmalara başlanıb./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*