Ermənistan hakimiyyəti İrəvanda keçirilən çoxminlik mitinqdən sonra “Güclü Ermənistan” seçki blokundan deputatlığa namizəd olan 30 nəfəri saxlamağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı etibarlı mənbələrinə istinadən “Pastinfo” nəşri yayıb.
Qəzetin əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən blokun seçki siyahısına rəhbərlik edən birinci nömrəli namizəd Narek Karapetyanın da həbs ediləcəyi istisna olunmur.
“Pastinfo” qeyd edir ki, güc strukturları artıq ölkənin dörd vilayətində — Armavir, Lori, Sünik (Zəngəzur) və Vayots Dzor (Dərələyəz) bölgələrində genişmiqyaslı əməliyyatlara başlayıblar.
Bildirilir ki, bu kütləvi təqiblər və axtarışlar partiya nümayəndəsi Alik Aleksanyanın barəsində açılmış cinayət işi ilə bağlıdır. Müxalifət bu addımları seçki ərəfəsində siyasi təzyiq və qorxutma dalğası kimi qiymətləndirir.
Ağagül Mürsəlov,
KONKRET.az
