Ermənistanda partiya sədri aclıq aksiyasına başlayıb.
KONKRET.az xəbər verir ki, “Milli Öz Müqəddəratını təyinetmə Birliyi” partiyasının rəhbəri Paruyr Hayrikyan bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Ermənistan hakimiyyətinin qanunsuz fəaliyyətinə etiraz əlaməti olaraq iyunun 10-dan aclıq aksiyasına başladım”, – deyə o bildirib.
Burhan,
KONKRET.az