Ermənistanda Paşinyana qarşı hərbi çevriliş HAZIRLANIRbackend

Ermənistanda Paşinyana qarşı hərbi çevriliş HAZIRLANIR

Ermənistanda Paşinyana qarşı hərbi çevriliş hazırlanır.

KONKRET.az xəbər verir ki, Ermənistanda yerləşən “Sasna-Çrer” terror təşkilatı avqustun 1-dən terrorçu üzvlərinə və Ermənistan vətəndaşlarına döyüş təlimləri keçməyə başlayıb. Həmçinin Ermənistanın müxtəlif yerlərindən ermənilər pul müqabilində bura üzv etdirilir.

Bəzi erməni mənbələrinin verdiyi məlumata əsasən, hazırda bu terror təşkilatı bura üzv olan Ermənistan vətəndaşlarını silahlandırıb Azərbaycanla sərhədə, xüsusən, Zəngəzur və Basarkeçər istiqamətinə, həmçinin Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazilərə yerləşdirir.

İddialara görə, Ermənistanda avqustun sonu və ya sentyabr ayında Paşinyana qarşı hərbi çevriliş hazırlanır və bu, 2-ci Qazaxıstan ssenarisindən də fərqli olacaq. Hakimiyyət terrorçular tərəfindən (Azərbaycan üçün potensial təhdid) ələ keçiriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*