Ermənistanda Prezidentdən başqa daha 5 nəfər də vəzifəsindən İSTEFA VERİBbackend

Ermənistanda Prezidentdən başqa daha 5 nəfər də vəzifəsindən İSTEFA VERİB

Armen Sarkisyanın Ermənistan Prezidenti postundan getməsindən sonra Prezident Aparatından xeyli sayda adam istefa ərizəsi yazıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, öz ərizələrinə əsasən, 2010-cu il yanvarın 23-dən indiyədək yalnız beş inzibati-diskret vəzifəli şəxs tutduqları vəzifədən azad edilib.

Belə ki, Prezidenti Aparatının rəhbəri E.Tarasyan (23 yanvar 2022-ci il), prezidentin müşavirləri R.Karapetyan (27.01.2022), A.Qiçyan (01.02.2022), Prezidentin köməkçisi T.İknoyan (31.01.2022) istefa verib.

Eyni zamanda, Aparatın texniki heyətindən 7 nəfər işçi də vəzifədən gedib. Bundan başqa, Aparatın bəzi işçilərinin də istefa verməyə hazırlaşdığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*