backend

Ermənistanda qlobal FACİƏ: Sabiq baş nazir Paşinyana səsləndi

Bu gün Ermənistanda yoxsulluq səviyyəsi 24 faizdən az deyil, ifrat yoxsulluq göstəricisi isə 1,5 faiz təşkil edir.

KONKRET.AZ erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin sabiq baş naziri Qrant Baqratyan deyib.

O bildirib ki, Nikol Paşinyan iqtisadi sahədə pis siyasət həyata keçirir:

“Hökumətin yanlış siyasəti nəticəsində ölkədən kapital axını baş verir, çünki regionda bizim yaxınlığımızda daha ucuz ölkələr var. Mən hökumətə müraciət edirəm: niyə siz dollar qiymətlərini artırırsınız, dram qiymətlərini isə sabitləşdirirsiniz? Biz qlobal faciə ilə üz-üzəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*