İrəvanda naməlum şəxslər “Mordeçay Navi” sinaqoqunu yandırıblar.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda sinaqoqun qapısının alov içində qaldığını görmək olar.
Bu, İrəvanda sözügedən sinaqoqa ilk hücum deyil.
“Ermənistanın Azadlığı Naminə Erməni Gizli Ordusu” (ASALA) terror qruplaşması sinaqoqda baş verən vandalizmə görə məsuliyyəti öz üzərinə götürüb və yeni aksiyalar vəd edib.