Ermənistanın Qeqarkunik bölgəsində yeraltı təkanlar qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 27 avqust tarixində saat 02:29-da Martuni şəhərindən 23 km qərbdə qeydə alınıb.
Zəlzələ 10 km dərinlikdə olub. Zəlzələnin episentrində yeraltı təkanlar 4-5 bal gücündə baş verib.
Zəlzələ Kotayk bölgəsindəki Martuni, Qeqarkunik və Abovyan şəhərlərində 3 bal gücündə, İrəvanda isə 2 balda hiss edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az