“Ermənistandakı vəziyyət son dərəcə ağırdır” – Ayk Xalatyanbackend

"Ermənistandakı vəziyyət son dərəcə ağırdır” - Ayk Xalatyan

“Ermənistandakı vəziyyət son dərəcə ağırdır. Daxili siyasi böhran həll olunmaqdan uzaqdır və böyük ehtimalla ölkəni erkən parlament seçkiləri gözləyir. Pandemiya və müharibə səbəbindən ciddi siyasi və sosial-iqtisadi problemlər fonunda Paşinyan cəmiyyətin diqqətini çətin günlərdən işıqlı gələcək ümidləri ilə yayındırmağa çalışır.

Hakimiyyət orqanlarına görə, 10 noyabr tarixli üçtərəfli bəyanatda deyildiyi kimi, Ermənistan iqtisadiyyatının bu “parlaq gələcəyinə” bölgədəki kommunikasiyaların blokdan çıxarılması ilə böyük töhfə verilməlidir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Nezavisimaya qazeta”ya müsahibəsində siyasi şərhçi Hayk Xalatyan deyib. O əlavə edib ki, “Ermənistanın blokdan çıxarılması ən qısa zamanda ölkə iqtisadiyyatını ayağa qaldırmayacaq. Bunun üçün ən az 2-3 il lazımdır. Nəzər alaq ki, müharibə ölkə iqtisadiyyatına çox ciddi itkilər verdi: turizm, xidmət sektoru, Sotk (Zod) qızıl mədəni  dayandı. Bunların bərpasına uzun müddət lazımdır”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*