Ermənistandan Naxçıvana gedən yola xarici gömrükçülər nəzarət edəcək? – ƏTRAFLIbackend

Ermənistandan Naxçıvana gedən yola xarici gömrükçülər nəzarət edəcək? - ƏTRAFLI

“Ermənistandan Naxçıvana gedən yola xarici gömrükçülər nəzarət edəcək”.

KONKRET.az xəbər verir ki, bu sensasion reportajı “Sputnik-Armeniya” yayıb. Agentliyin məlumatına görə, görünür, bu ideya Bakıda bəyənilib.

Ermənistan regionda nəqliyyat kommunikasiyalarının bağlanmasından sonra gömrükçülərin keçid məntəqəsində işləməsi üçün Azərbaycana “Gürcüstan” modelini təklif edib.

Agentlik bu qənaətə Avropa Şurasının rəhbəri Şarl Mişelin Brüssel görüşündən sonra verdiyi bəyanatdan sonra gəlib.

Xatırladaq ki, danışıqlardan sonra Aİ prezidenti bildirib ki, infrastruktur əlaqəsi məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi kommunikasiyaların bloklanmasına dair danışıqlarda aydın irəliləyiş əldə ediblər. Ölkə liderləri Ümumdünya Gömrük Təşkilatının dəstəyini almağa razılaşlıblar.

Məlumata görə, İrəvanın bu təşəbbüsü bəzi məsələlərdə mümkün kompromisdən xəbər verə bilər.

Azərbaycandan Naxçıvana gedən yol problemsiz marşrut təmin edəcək. Ermənistana isə dəmir yolu xəttinin Culfaya qədər olan hissəsinə çıxış əldə etməyə və dəmir yolu ilə İrana, Hind okeanı hövzəsi ölkələrinə getməsinə icazə veriləcək.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*