Ermənistanın İqtisadiyyat Nazirliyinin xəritəsində anklavlar Azərbaycan ərazisi kimi GÖSTƏRİLDİ – FOTObackend

Ermənistanın İqtisadiyyat Nazirliyinin xəritəsində anklavlar Azərbaycan ərazisi kimi GÖSTƏRİLDİ - FOTO

Ermənistanın İqtisadiyyat Nazirliyinin Facebook səhifəsində Ermənistanın anklavlarla xəritəsini yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilir ki, Vaan Kerobyan artıq bir sıra kənd və əraziləri Azərbaycana verib.

“Faktiki olaraq Vaan Kerobyan təslim olmuş hökumətin üzvü kimi artıq bir sıra kənd və əraziləri Azərbaycana verib.

Ermənistanda bəziləri deyir ki, “yazıq Nikol” nə etməlidir. Onlar Azərbaycana xoş gəlmək üçün hər şeyi edirlər.

İndi isə “beynəlxalq səviyyədə tanınmış sərhədlər” sizə lazım deyil. Sumqayıtda, Bakıda, Gəncədə, Marağada, 44 günlük müharibədə və Cermuk yaxınlığında ermənilər qırılanda bu “beynəlxalq sərhədlər” haqqında heç soruşmadılar”, – deyə mətbuat yazıb.

Həmin fotoları təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*