Ermənistanın “Aravot.am” saytının YouTube kanalı sındırılıb və bütün videolar silinib.
KONKRET.az xəbər verir ki, bu barədə “Aravot” qəzetinin onlayn versiyasının redaktoru Anna İsraelyan məlumat verib. O bildirib ki, hakerlər “Aravot.am”ın YouTube kanalını sındıraraq bütün videoları siliblər.
“Aravot” səhərdən proqramının anonsunu dərc edib.
Və axşam saat 19:46-dan etibarən YouTube səhifəmizə girişi itirdik. Onu bərpa etməmişdən əvvəl bildiririk ki, bundan sonra YouTube səhifəmizdə görünəcək şeylərin “Aravot”la heç bir əlaqəsi yoxdur.
Qeyd: Hal-hazırda kanalımızın adı dəyişdirilib və videolar bir-bir silinir. Yeri gəlmişkən, hakim partiya üzvlərinin videoları hələ də “möcüzəvi şəkildə” qorunub saxlanılır.
Qalan bütün videoları fərq qoymadan siliblər”.
Xuraman Etibarlı,
KONKRET.az