Ermənistanı yenidən silahlandırmağa cəhd edən qüvvələr regionda müharibə ovqatını saxlamağa çalışır. Bunu Ermənistan rəsmiləri də etiraf ediblər.
KONKRET.az xəbər verir ki, müdafiə naziri Suren Papikyan müsahibəsində silah alverinin şaxələndirilməsindən danışıb. Müdafiə naziri bildirib ki, İrəvan hərbi sahədə yeni tərəfdaşların axtarışını davam etdirir.
Papikyanın sözlərinə görə, Ermənistan Azərbaycanın malik olduğu silahlardan heç də geri qalmayan yüksək texnologiyalı silahlar almaq ümidi ilə bir çox ölkələrin qapısını döyüb. Erməni nazir qeyd edib ki, ölkəsi silah tədarükü sahəsində ciddi uğur qazanıb:
“Bu prosesdə bizə Fransa və Hindistan dəstək oldu. Həmin ölkələr 2023-cü ildə Ermənistana lazım olan silahları göndərdi. İndi növbə digər tərəfdaş ölkələrdədir”.
Rusiyalı hərbi ekspert Aleksandr Xramçixin bildirib ki, Ermənistanın Hindistandan aldığı silahlar həddindən artır keyfiyətsizdir: “Heç vaxt döyüşdə sınaqdan keçirilməmiş silahların keyfiyyətini qiymətləndirmək mümkün deyil. Hindistan silahları texnoloji cəhətdən Rusiya, Qərb və hətta Çin silahlarından geri qalır. Hələlik Hindistanın ambisiyaları onun real imkanlarından yüksəkdir”.
Aleksandr Xramçixin qeyd edib ki, Ermənistanın hərbi arsenalındakı Fransa istehsalı “Milan” tank əleyhinə sistemləri müasir texnologiyalardan uzaqdır: “Bu komplekslərin artıq 50 yaşı var və onları Ermənistana 2020-ci il müharibəsindən əvvəl Yunanıstan verib”.
Digər rusiyalı hərbi ekspert Vladislav Şurıqin də bildirib ki, İrəvanın Fransa və Hindistandan aldığı silahlar heç nəyə yaramır. “Ermənistan uzun müddət Rusiya silahlarından istifadə edib və erməni mütəxəssislər də yalnız rus silahlarından istifafə qaydalatını mənimsəyiblər. Bu, Ermənistan rəhbərliyinin Rusiyadan uzaqlaşmaq və Moskva ilə münasibətləri kəsmək siyasətini, o cümlədən alternativ silah tədarükçülərinin axtarışını davam etdirmək cəhdidir. Hazırda İrəvanın iki hədəfi var: Birincisi, silah ucuz olmalı, ikincisi, bunun Rusiya ilə heç bir əlaqəsi olmamalıdır”.
Rusiyalı ekspertin fikirincə, İrəvan regionu hərbiləşdirməklə qisasçılığa hazırlaşır. Şurıqin əmindir ki, istənilən qisas cəhdi Ermənistanın intiharı deməkdir.
Vəli Həsənov,
KONKRET.az
