Ermənistanın Tavuş rayonunda 23 yaşlı gəncin meyiti tapılıb.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı cinayət işi açılıb.
Məlumata görə, avqustun 22-də müvafiq polis idarəsinə Tavuş rayonunun Vazaşen kəndi ərazisində 23 yaşlı gəncin yanmış meyitinin tapıldığı bildirilib.
İlkin araşdırma zamanı hadisə yerinə baxış keçirilərkən, adıçəkilən gəncin yanmış vəziyyətdə meyiti aşkar edilib. Bədənin müxtəlif yerlərində xəsarətlər var. Bir sıra ekspertizalar təyin edilib, nümunələr götürülüb.
Xuraman Etibarlı,
KONKRET.az
