“Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” – Zohuribackend

"Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir" - Zohuri

“Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”.

KONKRET.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri yanvarın 20-də Zəngəzurda jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, İran bütün qonşu ölkələrlə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək siyasəti yürüdür.

“Ermənistan bizim qonşumuz və dost ölkəmizdir. Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir.

İranın mövqeyi həmişə beynəlxalq qanunlara uyğun olaraq bütün ölkələrin, o cümlədən Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmək olub.

Bu, Ermənistan ilə münasibətlərdə aparılan siyasətdir.

Ümid edirəm ki, iki qədim və çoxəsrlik ölkə arasında bu qarşılıqlı əlaqə bundan sonra da inkişaf edəcək. Yollar, iqtisadi əməkdaşlıq və s. ilə bağlı öz təsirini göstərən müxtəlif istiqamətlərdə işlər aparılır”, – deyə səfir bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*