“Ermənistanın xarici siyasəti tam iflasa uğradı” – Xaçatryanbackend

"Ermənistanın xarici siyasəti tam iflasa uğradı" - Xaçatryan

“Paşinyan Ermənistanı Cənubi Qafqaz regionunda Rusiyanın ən etibarlı tərəfdaşına çevirə bilmədi”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu çərşənbə günü parlamentdə “Şərəfim var” fraksiyasının üzvü Ayk Mamicanyan deyib. O, Rusiya-Azərbaycan bəyannaməsinin imzalanmasına münasibət bildirib.

“Paşinyanın Ermənistanı Cənubi Qafqaz regionunda Rusiyanın proqnozlaşdırıla bilən və etibarlı tərəfdaşına çevrilə bilmədi”, – deyə o təəssüfünü gizlətməyib.

“Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan da öz növbəsində qeyd edib ki, yuxarıda qeyd olunan bəyannamə Ermənistanın hazırkı hökumətinin xarici siyasətinin tam iflasa uğramasından xəbər verir.

“Ermənistan köhnə dostlarını itirib, yeni dostlar qazanmayıb, Rusiya ilə münasibətləri korlayıb, Avropa, ABŞ, İran, Çinlə münasibətlərdə bir zərrə qədər də irəli getməyib”, – deyə Xaçatryan vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*