“Ermənistanla Azərbaycan arasında danışıqlar üçün ən yaxşı platforma Gürcüstandır” – Volskibackend

"Ermənistanla Azərbaycan arasında danışıqlar üçün ən yaxşı platforma Gürcüstandır" - Volski

“Ermənistanla Azərbaycan arasında danışıqlar üçün ən yaxşı platforma Gürcüstandadır”.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan parlamenti sədrinin birinci müavini Georgi Volski (Giya) danışıb. O bildirib ki, Ermənistan və Azərbaycan arasında danışıqlar üçün ən yaxşı platforma Gürcüstandadır.

“Bizim həm Ermənistan, həm də Azərbaycanla xüsusi münasibətlərimiz var. Gürcüstanda çoxlu sayda erməni və azərbaycanlı yaşayır. Və bu iki tərəf arasında danışıqlar üçün ən yaxşı platforma Gürcüstandır”, – deyə rəsmi bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində Gürcüstanın rolu xüsusi əhəmiyyət kəsb edir, xüsusən də beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*