Əsgər ölümləri bu adama düşdü – Müdafiə naziri olmaq istəyirbackend

Əsgər ölümləri bu adama düşdü - Müdafiə naziri olmaq istəyir

Müdafiə naziri David Tonoyanın başı qara buludlar alıb. Bu yaxınlarda orduda qeydə alınan onlarla itki fonunda nazirin mövqeləri zəifləyib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, cəmiyyət əsgər ölümlərinə görə Baş qərargah rəisi Artak Davtyanın istefa verəcəyini gözləyirdi, ancaq bu, baş vermədi.

Andranik Koçaryan isə vəzifəsini qorumaq üçün ciddi səylər göstərib. Bu şəkildə Koçaryan yüksək rütbəli hərbçilər arasında tərəfdarlarının olmasını istəyir.

Hökumət içindəki Levon Ter-Petrosyan tərəfdarları David Tonoyanı ləkələmək üçün əllərindən gələni edirlər. Bəzi söz-söhbətlərə görə, bu dairələr Andranik Koçaryanı müdafiə naziri postunda görmək istəyirlər. Qeyd edək ki, o, əvvəllər müdafiə nazirinin müavini vəzifəsində çalışırdı.

Levon dairələri baş nazir Paşinyanı Tonoyanı qurtarmağa inandırmağa çalışır, çünki o, keçmişlərin kadrlarıdır. Bunun əvəzinə, komanda yoldaşı və sistemlə tanış olan Koçaryanı gətirmək təklif olunur.

Bəzi iddialara görə, Koçaryan müdafiə naziri olmaqla Levonitlərin mövqeləri möhkəmlənəcək və buna müvəffəq olsalar, Baş nazir Paşinyan və komandası üçün ciddi təhlükəyə çevriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*