Əsgər ölümləri ilə bağlı təcili toplantı keçirildi – FOTObackend

Əsgər ölümləri ilə bağlı təcili toplantı keçirildi - FOTO

Fevralın 15-də Dağlıq Qarabağda erməni quldurlarının komandiri Karen Abrahamyan əsgər ölümləri ilə bağlı Hərbi Şuranın üzvləri ilə bağlı təcili yığıncaq keçirib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, görüşdə əsgər ölümləri ilə bağlı məsələlər müzakirə olunub. Vəziyyətə toxunan Karen Abrahamyan hadisələrin hər birini ayrıca təhlil edib, mümkün səbəbləri və sonrakı planlardan danışıb.

“Hər bir əsgərin ölümü bizim üçün ağır itkidir və bunun üçün hər birimiz günahkarıq. Gündəlik ciddi bir rejimdə apardığımız işlərə baxmayaraq, son hadisələr səhv etdiyimizi göstərir”, – deyə Abrahamyan bildirib.

Görüşdə hərbiçilər və hərbi hüquq-mühafizə orqanlarının nümayəndələri də fikirlərini bildiriblər.

Orduda fərdlərarası münasibətlərin yaxşılaşdırılması istiqamətində, o cümlədən qərargahın müvafiq şöbə və xidmətlərinin zabitlərinin daimi yerləşdirildiyi yerlərdə və döyüş növbətçiliyində olan addımlar barədə danışılıb.

Vurğulanıb ki, təhlükəsizlik qaydalarına ciddi riayət edilməli və hərbçilər arasında sağlam münasibətlər formalaşmalıdır.

Abrahamyan qeyd edib ki, hərbçilərin mənəvi və psixoloji dəstəyini yaxşılaşdırmaq üçün ardıcıl tədbirlər görülməsinə baxmayaraq, buraxılan səhvlər yenə də göz qabağındadır.

 

\

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*