“Əsgərimiz artıq öz sözünü deyib, indi yol diplomatların və siyasətçilərindir” – Hərbi ekspertbackend

"Əsgərimiz artıq öz sözünü deyib, indi yol diplomatların və siyasətçilərindir” - Hərbi ekspert

Ermənistanın Zəngəzura silah və hərbi texnika cəmləşdirməsi və cəbhədə təxribatların törədilməsi rəsmi İrəvanın müharibə hazırlıqlarından xəbər verir. Hər halda bu qənaətə bir çox hərbi və siyasi ekspertlər gəlirlər. Bəziləri hətta Azərbaycanın Gorus və Qafandakı terror yuvalarını təcili nəzarətə götürməli olduğunu da dilə gətirirlər. Bütün bu fikirlər isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəs görəsən indiki şəraitdə Azərbaycanın hücum edərək Gorus və Qafanı nəzarətə götürməsi mümkündürmü? Əgər bu addımı atsaq, hansı təzyiqlərlə qarşılaşa bilərik?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov bildirib ki, bu cür fikirlər səsləndirən adamların qətiyyən savadı yoxdur: “Belə bir məsələ qətiyyən ola bilməz. Ermənilərin sonuncu təxribatlarından sonra baş verən döyüşlərdə bizə qarşı olunan təzyiqləri gördük. Bu gün Ermənistan-Azərbaycan münasibətində əsgərlərimiz öz işini görüb. Qalan iş siyasətçilərin və diplomatların öhdəsinə düşür. Bu vaxta qədər çox böyük qazanclarımız olub.Bu uğurların birinci müəllifi isə Ali baş Komandandır”.

Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su Azərbaycanda da oxuna  bilər - Hərbi ekspert

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan hələ 1993-cü ildə ən zəif olduğu bir vaxtda BMT Təhlükəsizlik Şurası ard-arda 4 qətnamə qəbul edib: “Heç kəs də o qətnamələrə qarşı çıxmayıb. Ermənistanın təcavüzü isə Azərbaycanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirilib. Biz iki il öncə Vətən savaşına başlayanda həmin qətnamələri əsas kimi götürmüşük və onları yerinə yetirmişik. Bu gün Gorus və Qafanın Azərbaycanın tarixi torpaqları olduğunu deyirlər və bu doğrudur. Amma məsələ ondadır ki, Ermənistan bu həddə tanınıb. 12-13 sentyabrda baş verən hadisələrdə ərazilərin dəqiq bizim olduğunu bilirdik və hər hansı bir sənədlə beynəlxalq məhkəmədə bunu sübuta yetirməyə hazır idik. Amma bu gün bəziləri həddən artıq məsuliyyətsiz bəyanatlar verərək bizim Gorusa, Qafana və digər ərazilərə hücum etməli olduğumuzu deyirlər. Sabah bu bəyanatların arxasında dayanmaq lazımdır. Hələ sonuncu erməni təxribatları zamanı baş verən döyüşlərdə bizə qarşı olan təzyiqləri gördük və onlardan qurtula bilməmişik. Hərçənd ki, biz Ermənistan ərazisinə girmədən öz sərhəd zonamızda yerləşmişik. İndi görün Gorus və Qafana daxil olsaq hansı təzyiqlərlə qarşı-qarşıya qala bilərik. Odur ki, əsgərimiz artıq öz sözünü deyib, indi yol diplomatların və siyasətçilərindir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*