Esvatini Kralı: Azərbaycanda inkişafın və modernləşmənin şahidi olmaqdan məmnunuqbackend

Esvatini Kralı: Azərbaycanda inkişafın və modernləşmənin şahidi olmaqdan məmnunuq

Azərbaycanda inkişafın və modernləşmənin şahidi olmaqdan məmnunuq.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Esvatini Kralı III Msvati bildirib.

““Dünyanın mənzillə təmin olunması: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” kimi mühüm mövzu altında bu gözəl şəhərdə, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak və çıxış etmək mənim üçün böyük şərəfdir. Bu mövzu dövrümüzün əsas məsuliyyətlərindən birinə – inkişafın insan ləyaqətini yüksəltməsinə və bütün insanlar üçün həyat keyfiyyətini yaxşılaşdırmasına xidmət edir. Dünyanın müxtəlif yerlərində milyardlarla insan hələ də qeyri-kafi mənzil şəraiti, sürətli urbanizasiya, iqlim fəlakətləri, yoxsulluq və infrastruktur çatışmazlığı kimi ağır reallıqlarla üzləşir. Bu çağırışlar region və inkişaf səviyyəsi fərq etmədən həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə təsir edir. Bütün bu problemlərin mərkəzində insan dayanır. Buna görə də mənzil sadəcə beton və polad deyil. Mənzil ləyaqəti, təhlükəsizliyi, sabitliyi və ümidi təcəssüm etdirir. Ev güclü ailələrin və dayanıqlı icmaların təməlidir”, – Esvatini Kralı qeyd edib.

Esvatini Kralı deyib ki, bərpa olunan enerjiyə, “yaşıl” infrastruktura, iqlimə davamlı sistemlərə, “ağıllı” texnologiyalara və dayanıqlı tikinti metodlarına investisiya qoymalı, eyni zamanda, insanı daim diqqət mərkəzində saxlanılmalıdır: “Yeni enerji mənbələrinə sərmayə yatırarkən iqtisadiyyatlarımızın dayanıqlı inkişafını təmin etmək üçün bərpa olunan enerji ilə ənənəvi elektrik mənbələri arasında balans tapmalıyıq. Gəlin forum çərçivəsində müzakirələr apararkən inklüziv, dayanıqlı, təhlükəsiz və davamlı şəhərlər və icmalar qurmaq üçün praktik həllərə və yenilənmiş qətiyyətə sadiq qalaq. Gəlin yalnız öz nəslimiz üçün deyil, bugünkü qərarlarımızı miras alacaq gələcək nəsillər üçün də fəaliyyət göstərək. Prezident İlham Əliyev, Sizə, Azərbaycan hökumətinə və xalqına mənə göstərilən səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Təhsilimin başlanğıcının bu gözəl Bakı şəhəri ilə bağlı olması mənim üçün xüsusi qürur mənbəyidir. Biz sizin böyük ölkənizdə həyata keçirilən təsirli inkişafın və modernləşmənin şahidi olmaqdan məmnunuq. Bakı öz zəngin irsini qoruyaraq innovasiya və tərəqqini necə birləşdirməyin simvoluna çevrilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*