Rusiya tərəfdən Ermənistan Müdafiə Nazirliyinə etiraz notasının göndərilməsi barədə məlumat yayanlar hər şeyi qarışdırıb.
KONKRET.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Rusiya KİV-lərinin yaydığı məlumat təhrif olunub. Guya Rusiyanın ORSİS şirkəti Müdafiə Nazirliyinin tenderində iştirak etmək hüququndan qeyri-qanuni məhrum edilməsi ilə əlaqədar Rusiyaya nota göndərib.
Nazirlikdən “etiraz notası, bir qayda olaraq, belə yazılmır. Notada problemi həll etmək və vəziyyətin təfərrüatlarını anlamaq xahiş olunmur”, – deyə qeyd edilib.
Xatırladaq ki, Rusiya KİV-ləri ORSİS şirkətinin (Promtehnologii qrupunun üzvü) tenderdən uzaqlaşdırılması ilə bağlı Ermənistana rəsmi nota göndərməklə müdafiə naziri David Tonoyandan bu vəziyyəti həll etməsini istəyib.
2019-cu ilin avqust ayında məlum olub ki, Rusiya şirkətinin qatıldığı silah tədarükü üzrə tenderin pozulması səbəbindən Ermənistanda “xidmətə laqeydlik” maddəsi ilə cinayət işi açılıb.
