Əvəz Zeynallı barədə yaxın saatlarda növbətçi hakim tərəfindən qərar çıxarılacağı gözlənilir – YENİLƏNİBbackend

Əvəz Zeynallı barədə yaxın saatlarda növbətçi hakim tərəfindən qərar çıxarılacağı gözlənilir - YENİLƏNİB

Əvəz Zeynallı dindirildikdən sonra məhkəməyə aparılıb.

KONKRET.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Baş Prokurorluq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat göndərilib.

Yaxın saatlarda növbətçi hakim tərəfindən qərar çıxarılacağı gözlənilir.

***

23:29

“Xural TV”nin baş redaktoru Əvəz Zeynallı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

KONKRET.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc canlı yayımda məlumat verib.

O bildirib ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Vəkilinin sözlərinə görə, Əvəz Zeynallı özünü təqsirli bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*