Əvəz Zeynallı və Elçin Sadıqov  4 aylıq müddətə həbs olundubackend

Əvəz Zeynallı və Elçin Sadıqov  4 aylıq müddətə həbs olundu 

Əvəz Zeynallı və Elçin Sadıqov barəsində həbs qətimkan tədbiri seçilib.

Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən “Xural TV”nin baş redaktoru Əvəz Zeynallı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimata baxıb.

KONKRET.az xəbər verir ki, məhkəmə Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

Məhkəmə həmçinin Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Elçin Sadıqovla bağlı həbs qətimkan tədbiri seçilməsi ilə bağlı göndərilən təqdimatı təmin edib və onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

Elçin Sadıqovun adı isə müdafiəçisi olduğu iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq Əvəz Zeynallıya verilməsində hallanır.

  • Garachanta
    Sentyabr 11, 2022 - 09:29

    ANCAQ RÜŞVƏT ALAN MƏMURLAR NİYƏ RAHAT OTURUB MİLLƏTİN QANINI SORURLAR…ONLARA NÖVBƏ NƏ VAXT ÇATACAQ? BİLƏN VARMI?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*