Evində ölü tapılan şəxs bu qurumun MÜSTƏNTİQİDİRbackend

Evində ölü tapılan şəxs bu qurumun MÜSTƏNTİQİDİR

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Cəfərov Emin Muradxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, evdə meyiti tapılan  Emin Cəfərov İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətində müstəntiq işləyirdi.

Bundan əlavə mərhum paytaxtdakı məşhur supermarketlərdən hesab edilən Qara Qarayevdə yerləşən  “BestMart”ın sahibidir.unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*