Bu gün səhər saatlarında Ermənistanın cənub-şərqindəki hərbi postlardan birində güllələnərək öldürülən 3 erməni hərbi qulluqçu – Murad Muradyan, Levon Arutyunyan və Qor Saakyanla bağlı təfərrüatlar üzə çıxıb.
KONKRET.az xəbər verir ki, məlumata görə, Gorusun Kornidzor kəndindəki erməni postunda yeni xidmətə başlamış gənc əsgər ona qarşı edilən seksual zorakılığa dözməyərək bu gecə 3 xidmət yoldaşını əvvəl güllələmiş, daha sonra isə süngü-bıçaqla onların başını kəsmişdir.
Erməni tərəfi hadisəni Azərbaycan Silahlı Qüvvələri tərəfindən edilmiş basqın kimi öz cəmiyyətinə sırımağa çalışsa da, vaxtında əldə olunmuş kəşfiyyat məlumatları əsasında onların niyyəti ifşa edilmişdir.
***
11:45
Ermənistan mətbuatında yayılan məlumatlara əsasən, Zəngəzur bölgəsindəki hərbi hissədə meyitləri tapılan hərbçilər bir-birini güllələyib.
KONKRET.az xəbər verir ki, onlardan Murad Muradyan adlı hərbi qulluqçunun digər iki hərbçini güllələdiyi qeyd olunur.
Murad Muradyanın hansı şəraitdə ölməsi barədə isə məlumat verilmir.
***
10:49
Ermənistanın cənub-şərqində (Zəngəzur) yerləşən hərbi hissələrdən birinin döyüş postunda güllə yarası almış üç erməni hərbçinin meyiti tapılıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 19 avqust 02:15 radələrində meyitləri tapılan hərbçilər Murad Muradyan (2002), Levon Arutyunyan (2002) və Qor Saakyan (2002) olub.
Hadisə ilə bağlı araşdırma başladılıb.
