“Fakt”: “Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək”backend

"Fakt": "Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək"

“Paşinyan təbliğatının sabit tezisi var. Onun əsas ideyası ondan ibarətdir ki, daxili siyasi həyatda baş verənlər hakimiyyət uğrunda mübarizə, primitiv təqdimat və qavrayış, “stul davası”dır. Təbii ki, indiki ictimai oyanışla paralel olaraq hər hansısa qüvvənin və yax şəxsin hakimiyyətə gəlmək istədiyi təbliğat şablonu yenidən dövriyyəyə buraxılıb. Onun əsas leytmotivi baş verənlərin “hakimiyyət davası” olduğunu insanlara aşılamaqdır. Təbii ki, Nikol Paşinyan hakimiyyətdən kənarlaşdırıldıqdan sonra hökumət qurulmalıdır. Politologiyanın, siyasətin və dövlətçiliyin klassik məntiqi budur. Amma… Düşünmək olmaz ki, Ermənistan xoşbəxt və problemsiz ölkədir, insanlar hakimiyyətə rahat, seçki yolu ilə gəlmək istəyirlər”.

KONKRET.az xəbər verir ki, bu fikirlər “Fakt” nəşrindən götürülüb.

Qəzet daha sonra yazır: “Əslində Nikol Paşinyan və onun komandasının 6 illik hakimiyyəti Ermənistanı nəyə çevirdi? Bir sözlə, xarabalıqlara. Əgər xarabalıqların təsvirini bir az açsaq, deməli, sadəcə qısa bir sadalama artıq bunu izah edir. İtirilmiş Qarabağ, həssas təhlükəsizlik, məhv edilmiş müdafiə və təhlükəsizlik sistemləri, yüz mindən çox vətənindən məhrum edilmiş erməni, düşmən nəzarəti altında olan yüzlərlə kvadrat kilometr ərazilər, köpük iqtisadiyyat, 12 milyard dollarlıq böyük borc, uğursuz xarici siyasət, ev yıxmaq və yer üzünü sarsıdan daxili siyasət, uniformalı “Bespredel”.

Bir sözlə, sadəcə xarabalıqlar. Mahiyyət etibarı ilə biz artıq klassik siyasi konsepsiyaları və klassik siyasi situasiyanı tərk etmişik. Və belə bir şəraitdə məsuliyyəti öz üzərinə götürməyə hazır olan insanlar varsa, onun əsas məqsədi ölkənin və dövlətçiliyin mövcud hissələrini xilas etməkdir. Üstəlik, Paşinyan və komandasının altı illik məhvindən sonra hakimiyyətə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək. Obrazlı desək, bunlardan sonra gələn hakimiyyət “cəlladlar dəstəsi” (fədakarlıq mənasında) olmalı, o münasibətlə hərəkət etməli, ilk növbədə tənəzzülü dayandırmalı, sonra isə indiki vəziyyətdən çıxmağa başlamalıdır.

Praktikada növbəti hökumət dövləti xarabalıqdan çıxarmaq funksiyasını yerinə yetirəcək. Deməli, Paşinyan təbliğatçıları “stul davası” və ya “hakimiyyəti ələ keçirmə”dən danışanda, bəziləri isə bunu mexaniki şəkildə təkrarlayanda çox sakit, emosional, ayıq-sayıq sual verməyə dəyər”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*