Falçı və sələmçilərə xəbərdarlıq edildi – Azərbaycandabackend

Falçı və sələmçilərə xəbərdarlıq edildi - Azərbaycanda

KONKRET.az-ın şimal bürosu xəbər verir ki, Xaçmaz rayonundakı bütün falçı və sələmçilər polisə dəvət olunaraq onlara şifahi xəbardarlıq edilib. Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov onlarla şəxsən görüşərək fəaliyyətlərinin qanunsuz olduğunu bildirib və bu əməllərini dayandırmağın vacibliyini qeyd edib. Əks halda bu işlərlə məşğul olan hər kəs hüquqi müstəvidə öz cəzasını alacaq.

“Hələlik xəbərdarlıq edirik. Bu qanunsuz əməllərinizlə yenidən məşğul olsanız, sizin barənizdə hüquqi tədbirlər görüləcək”, – deyə Həmid Həsənov vurğulayıb.

Qeyd edək ki, son 2 gün ərzində 20-dən çox falçı və 10-dan çox sələmçi aşkarlanaraq polisə dəvət edilib. Profilaktik söhbətdən sonra onlar sərbəst buraxılıb.

Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*