Fatih Terim qərarını verdibackend

Fatih Terim qərarını verdi

Türkiyə futbolunun əfsanəvi isimlərindən olan “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimin koronavirus infeksiyasından sağalandan sonra pensiyaya çıxacağıyla bağlı ehtimallar özünü doğrultmadı.

KONKRET.az xəbər verir ki, Fatih Terim məşqçi karyerasını davam etdirməkdə israrlıdır. Təcrübəli futbol adamı xəstəxanadan çıxandan sonra yaşıl sahələrə dönəcəyini açıqlayıb.

Terim deyib ki, Super Liqanın təxirə salınması klubların gəlirini xeyli dərəcədə azaldıb. “Xəstəxanadan çıxandan sonra maaşımın azaldılmasıyla bağlı rəhbərliyə müraciət edəcəyəm. İstəyirəm ki, bu ağır dövrdə futbolçularım da məndən nümunə götürsünlər”- deyə, usta məşqçi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*