Fəhlə qadını zorlayıb, meyiti 16-cı mərtəbədən atdı – Bakıda cinayət – VİDEObackend

Fəhlə qadını zorlayıb, meyiti 16-cı mərtəbədən atdı - Bakıda cinayət - VİDEO

Bakıda baş vermiş səs-küylü qətllərlə bağlı araşdırma yazılarını təqdim edirik.

Bu dəfə təqdim etdiyimiz araşdırma Bakının mərkəzində, Nəsimi rayonu, Bül-bül prospekti 40 ünvanında qadının öldürülməsi faktı ilə bağlıdır.

KONKRET.AZ xəbər verir ki, 1980-ci il təvəllüdlü İnarə Əli adlı qadın yaşadığı binada zorlanaraq, binanın 16-cı mərtəbəsindən aşağı atılıb. Hadisə yerinə gələn polis əməkdaşları araşdırmaya başlayıb. Müəyyən olub ki, binada tikintidə işləyən fəhlə əvvəlcə qadını liftdə zorlamaq istəyib. Orada qadına güc tətbiq edərək əllərini bağlayıb və yuxarı aparıb. Qadını zorladıqdan sonra onun pullarını, qızıllarını, mobil telefonlarını götürüb.

Daha sonra qadının başına çəkiclə vuraraq öldürüb. Cəsədi 16-cı mərtəbədəki mənzilin pəncərəsindən küçəyə atıb.

Hadisəni binada işləyən Mehdi Nəcəfov törədib.

Hadisə ilə bağlı görüntüləri və ətraflı videonu təqdim edirik:

Oxu24.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*