70 nəfərlik fələstinli qrup bu gün Qəzza zolağından Dağıstana gəlib.
KONKRET.az xəbər verir ki, bu, respublika ərazisində müvəqqəti məskunlaşma mərkəzlərində yaşayacaq Fələstindən olan məcburi köçkünlərin üçüncü qrupudur.
Bildirilib ki, gələn vətəndaşların əksəriyyəti uşaqlardır.
“Bu gün, noyabrın 27-də səhər saatlarında Fələstin ərazisini tərk etməyə məcbur edilən vətəndaşların üçüncü qrupu Dağıstana gəlib. Burada onlar qaçqın statusu alacaqlar. Qrupa 70 qaçqın daxildir, onlardan 42-si 17 yaşdan kiçik uşaqlardır”, – deyə Dağıstan hökumətinin mətbuat xidməti bildirir.
Hakimiyyət orqanlarının məlumatına görə, məcburi köçkünləri psixoloqlar, tibb işçiləri, xilasedicilər və respublika administrasiyasının nümayəndələri qarşılayıblar.
Burhan,
KONKRET.az
