“Fənərbağça” azarkeşləri derbiyə buraxılmayacaqbackend

“Fənərbağça” azarkeşləri derbiyə buraxılmayacaq

Türkiyə Superliqasının 8-ci turu çərçivəsində oktyabrın 2-də keçiriləcək “Beşiktaş” – “Fənərbağça” oyunu qonaq komandanın azarkeşləri olmadan baş tutacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Beşiktaş” klubu açıqlama yayıb.

Bildirilib ki, yerli İdman Təhlükəsizlik Şurası İstanbul derbisində “sarı-lacivərdli” fanatların iştirakını məqsədəuyğun saymayıb.

Həmçinin, mövsümün ikinci yarısında oynanılacaq “Fənərbağça” – “Beşiktaş” qarşılaşmasında da qonaq komandanın azarkeşləri üçün analoji qərarın tətbiqi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*