Fənn olimpiadalarında qeydiyyatdan keçən şagirdlərin NƏZƏRİNƏbackend

Fənn olimpiadalarında qeydiyyatdan keçən şagirdlərin NƏZƏRİNƏ

Bu gündən etibarən respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçən şagirdlər //portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.

Bu barədə KONKRET.az-a Təhsil İnstitutundan bildirilib.

Qeyd edilib ki, fənn olimpiadalarının yarımfinal turu informatika fənni üzrə fevralın 17-də (8-9-cu siniflər) və 18-də (10-11-ci siniflər), digər fənlər üzrə isə fevralın 24-də əvvəlcədən müəyyənləşdirilən mərkəzlərdə keçiriləcək.

Şagirdlər buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə olunması ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar təhsil aldıqları ümumtəhsil müəssisələrinə müraciət edə bilərlər.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, eləcə də şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*