Fermadan 16 baş qoyun oğurlayan şəxs saxlanıldı – Fotobackend

Fermadan 16 baş qoyun oğurlayan şəxs saxlanıldı - Foto

Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Noxudlu kəndi ərazisində yerləşən fermaların birindən 16 baş qoyunun oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Salyan və Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Eldəniz Musayev yaşadığı rayon ərazisində saxlanılaraq istintaqa təqdim olunub.

Dindirilmə zamanı həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı qoyunları Masallı rayonu ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla əlaqədar E.Musayev barəsində Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*