İstanbulda keçirilən xüsusi əməliyyat zamanı ötən il vəfat etmiş FETÖ terror təşkilatının lideri Fəthullah Gülənin qardaşı oğlu Yasir Gülən saxlanılıb.
KONKRET.az xəbər verir ki, əməliyyat polis əməkdaşları tərəfindən Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə koordinasiyalı şəkildə həyata keçirilib.
İstintaq orqanları axtarışda olan şəxsin yerini müəyyən etdikdən sonra Yasir Gülən saxlanılaraq prosessual tədbirlərin görülməsi üçün polis idarəsinə aparılıb.
Qeyd olunur ki, Yasir Gülən silahlı terror təşkilatında iştirak ittihamı ilə axtarışda olub.

Müşviq Tofiqoğlu
KONKRET.az
