Finlandiyada fevralın 1-dəm başlayan genişmiqyaslı tətil ölkə həyatının bütün sahələrinə təsir edib.
KONKRET.az xəbər verir ki, Finlandiyada demək olar ki, bütün ictimai nəqliyyat, o cümlədən şəhərlərarası avtobuslar, qatarlar və təyyarələrin fəaliyyəti dayandırılıb. 550-yə yaxın reys təxirə salınıb.
Məktəbəqədər təhsil işçiləri də etiraz aksiyasına start veriblər. Bağçaların bağlanması səbəbindən sakinlər uşaqları ilə evdə qalıb.
Həmkarlar ittifaqları əmək qanunvericiliyinə dəyişikliklərə, o cümlədən pensiya islahatlarına, işdən çıxarılmaların sadələşdirilməsinə, xəstəlik vərəqələrinin ödənilməsinə, işsizlik, sığorta haqlarına, tətillərə qadağaya etiraz edirlər.
Bildirilir ki, iki günlük aksiya Finlandiya iqtisadiyyatına ən azı 360 milyon avro ziyan vura bilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
