FİFA prezidenti prokurorluqda DİNDİRİLDİbackend

FİFA prezidenti prokurorluqda DİNDİRİLDİ

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı İsveçrə prokurorluğunda dindirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti məlumat yayıb.

Bildirilib ki, prokurorlar İnfantinonu yanvarın 10-da dindiriblər.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanaşı, rəsmi sirri pozmaqda və cinayət işinin aparılmasına mane olmaqda ittiham olunur.

Xatırladaq ki, İsveçrə prokurorları 2020-ci ilin iyulunda İnfantino, eləcə də keçmiş federal prokuror Maykl Lauberə qarşı iş açıb.

Qəzetin sorğusuna cavab olaraq FİFA şərh verməkdən imtina edib.

İnfantino martın 16-da Kiqalidə (Ruanda) keçiriləcək FİFA prezident seçkilərinə qədər prosesi başa çatdırmağa ümid edir. O, yeganə namizəddir.

Qeyd edək ki, Canni İnfantinonun 52 yaşı var. O, 2000-2016-cı illərdə Avropa Futbol Assosiasiyaları İttifaqında (UEFA) çalışıb. Bu qurumdakı fəaliyyətinin son yeddi ilində İnfantino UEFA-nın baş katibi vəzifəsində çalışıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*