Flora Kərimova arıqlamaq üçün 40 gün ac qalıb?backend

Flora Kərimova arıqlamaq üçün 40 gün ac qalıb?

“1976-cı ildə xəbər yayıldı ki, Flora Kərimovanı apardılar reanimasiyaya. 40 gün ac qalıb, ancaq bal yeyib”.

KONKRET.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov “Zaurla Günaydın” verilişində deyib.

O bildirib ki, Xalq artisti Flora Kərimova arıqlamaq üçün ac qalıb.

F.Kərimova isə “Düzdür. Arıqlamaq üçün 40 gün yemədim. Çox çətin idi. Bilirdim ki, xeyrədir. Ac qalmağın pis xüsusiyyəti var. Ac qalanda mədə şirəsi divarları yeyir və pis xəstəliyə düçar ola bilərsiniz” deyərək onun dediklərini təsdiqləyib. (Axşam.az)

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*