“Formula 1″lə bağlı daha bir neçə küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılırbackend

"Formula 1"lə bağlı daha bir neçə küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılır

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi “Formula 1”lə bağlı sürücülərə müraciət edib.

İdarənin şöbə rəisi Vaqif Əsədovun KONKRET.az-a verdiyi məlumata görə, “Formula 1” Azərbaycan Qran Prisinə hazırlıq işlərinin davam etməsi ilə bağlı İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələrindən yol avtomobillərin hərəkəti üçün tədbir başa çatanədək məhdudlaşdırılır.

Qeyd olunub ki, bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Ona görə də sürücülərdən alternativ yollardan istifadə etmək xahiş olunur: “Sürücülərdən və mərkəzə doğru hərəkət edən bütün adekvat vətəndaşlarımızdan yollardakı real vəziyyəti qiymətləndirməyi, şəxsi avtomobillərdən istifadəni maksimum məhdudlaşdırmağı və ictimai nəqliyyata üstünlük verməyi xahiş edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*