Fransa koalisiyaya rəhbərlik edəcəkbackend

Fransa koalisiyaya rəhbərlik edəcək

Fransa Ukraynaya hərbi təlimatçı göndərməyə hazır olan Avropa ölkələrindən ibarət koalisiya yaratmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Məlumata görə, Makronun təklifi fransız hərbçilərin minalardan təmizləmə və ya hərbi texnikanın təmirini ukraynalı şəxsi heyətə öyrətməsini nəzərdə tutur.

Nəşr Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatlarına istinadən qeyd edib ki, 2022-ci ildə Rusiya Federasiyasının genişmiqyaslı müharibəsi başlayandan bəri 100 mindən çox ukraynalı hərbçi xaricdə, xüsusən də Polşa, Almaniya və Böyük Britaniyada təlim keçib. (Apa)

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*