Fransa prezidentinin şəxsi yazışmaları qalmaqal yaratdıbackend

Fransa prezidentinin şəxsi yazışmaları qalmaqal yaratdı

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijit Macron ilə bağlı yeni məlumatlar yayılıb.

KONKRET.az xəbər verir ki, Daily Mail fransız jurnalist Florian Tardif Demək olar ki, ideal cütlük adlı kitabında Makron cütlüyü arasında yaşanan gərginliyin səbəbinin prezidentin telefonundakı yazışmalar olduğunu iddia edib.

Jurnalistin sözlərinə görə, Brijit Makron ərinin telefonunda iranlı aktrisadan gələn mesajı gördükdən sonra cütlük arasında ciddi mübahisə yaranıb. Bildirilir ki, Fransa prezidenti həmin aktrisa ilə bir neçə ay platonik münasibət saxlayıb və ona Sizi çox gözəl hesab edirəm kimi mesajlar göndərib.

Florian Tardif qeyd edib ki, bu məlumatları Fransa prezidentinə yaxın şəxslərdən əldə edib və kitabda yer alan bütün məlumatların faktlara əsaslandığını bildirib.

Məlumata əsasən, hadisədən sonra Hanoy hava limanında prezident təyyarəsində Makron cütlüyü arasında ciddi gərginlik yaşanıb.

Bununla yanaşı, Yelisey Sarayı səsləndirilən iddiaları təkzib edib. Rəsmi açıqlamada bildirilib ki, Brijit Makron heç vaxt həyat yoldaşının telefonunu yoxlamayıb.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*