Fransa və Almaniya hakimiyyəti Ukraynanın qələbəsindən və Rusiya Prezidenti Vladimir Putinin məğlubiyyətindən qorxur .
KONKRET.az xəbər verir ki, bu barədə müsahibəsində rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib.
“Fransa və Almaniya Ukraynanın qələbəsindən və Putinin məğlubiyyətindən qorxur. Çünki Ukraynanın qələbəsi beynəlxalq münasibətlərin bütün strukturunu, Avropanın təhlükəsizlik strukturunu dəyişəcək. Axı, hər dünya müharibəsindən sonra, gəlin hər şeyi öz adı ilə çağıraq, bu, dünya müharibəsidir, yeni strukturu qaliblər müəyyənləşdirir”,- Piontkovski izah edib.
Politoloq hesab edir ki, Almaniya və Fransa bu yeni sistemdə öz geosiyasi çəkisini itirəcək.
“Axı fransızlar daim “grandeur de la France” – “Fransanın əzəməti”ni təkrarlayırlar, bununla da İkinci Dünya Müharibəsini biabırçı şəkildə uduzduqlarını və böyük dünya dövləti statusunu itirdiklərini kompensasiya edirlər. Onların şişirtdikləri süni “grandeur de la France” həmişə ondan ibarətdir ki, onlar hansısa yolla amerikalıların işini korlayırlar və Kremllə flört edirlər”, – ekspert bildirib.
Fransa Prezidenti Emmanuel Makron açıq şəkildə bəyan edib: “Mən vasitəçi ola bilərəm, Moskvanın danışacağı yeganə vasitəçi mənəm”.
“Qoy onlar özləri danışsınlar. Makron vasitəçidir, baxmayaraq ki, diktatorla vasitəçilər heç kimə lazım olmayacaq”, – politoloq bildirib.
Onun sözlərinə görə, almanların marağı daha çox iqtisadi və biznesdir. Ona görə də onlar imtiyazlı iqtisadi əlaqələr və ucuz qaz üçün Kremlə xidmət edir, üstəlik, əməlli-başlı varlanırlar.
“Ona görə də bu iki ölkə təsvir yaradır ki, gəlin Putini əsəbləşdirməyək, birdən nüvə silahından istifadə edər. Daha heç kim bu şantajdan, Putinin nüvə bombasından qorxmur. Fransa və Almaniya Ukraynanın qələbəsindən və onun beynəlxalq münasibətlərdə yeni rolundan və Kremlin imtiyazlı avropalı fahişələri rolunu itirməsindən qorxurlar”,- Piontkovski bildirib.
Eyni zamanda, politoloq Fransa Prezidentini Putinlə apardığı danışıqlara və “simasını xilas etmək” təklifinə görə tənqid edib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makronun Kreml rəhbəri Vladimir Putin üçün diplomatik çıxış yolu tapmaq cəhdlərinin nəticəsiz qaldığını bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
