Fransada COVID-19-dan ölənlərin sayı yenə artdıbackend

Fransada COVID-19-dan ölənlərin sayı yenə artdı

Fransada COVID-19 koronavirusuna yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı artmaqda davam edir.

KONKRET.az xəbər verir ki, ölkədə koronavirus infeksiyasına 14 595 yeni yoluxma faktı qeydə alınıb.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 296 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 2 324 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 56 648 nəfər vəfat edib.

COVID-19 xəstəsi olan 3 041 pasiyentin vəziyyəti ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*